Главная > Kriminal > Gədəbəydə avtomobil hasara çırpılıb, ölən var

Gədəbəydə avtomobil hasara çırpılıb, ölən var


18-01-2019, 15:56.

         Gədəbəydə avtomobil hasara çırpılıb, ölən var

 

Gədəbəy rayonunda yol qəzası baş verib.

Bu barədə Daxili İşlər Nazirliyi məlumat yayıb.

Belə ki, yanvarın 17-də saat 16 radələrində Gədəbəy rayonunun Novo-İvanovka kəndi ərazisində rayon sakini Şahin Yusifov idarə etdiyi "Niva” markalı avtomobili yolun kənarındakı hasara vurub. Nəticədə avtomobildəki sərnişin Əsginaz Əliyeva hadisə yerində ölüb.

Gədəbəy rayon Polis şöbəsi tərəfindən araşdırma aparılır.

 


Вернуться назад