Главная > GÜNDƏM > Hökumət binasına silahlı hücum… – İrəvan təşvişdə

Hökumət binasına silahlı hücum… – İrəvan təşvişdə


18-01-2019, 16:12.

          Hökumət binasına silahlı hücum… –İrəvan təşvişdə

 

"Ermənistanda hökumət binasının mühafizəsi məqsədilə hərbçilərin sayı artırılıb”.

Teleqraf.com xəbər verir ki, bu barədə Ermənistanda nəşr olunan "Joxovurd” qəzeti məlumat yayıb.

Nəşr hökumətin ehtimal edilən təhlükəyə qarşı binada təhlükəsizlik tədbirlərini gücləndirdiyini yazıb:

"Hökumət binasının qorunması üçün əlavə təhlükəsizlik tədbirləri görülür. Buna səbəb keçən ilin oktyabrın 27-də Dağlıq Qarabağ müharibəsində iştirak etmiş bir döyüşçünün hökumət binasını partlatmaq cəhdi olub.

Həmin gün keçmiş döyüşçü əl qumbarası ilə binanı partlatmaq istəyib. Çünki uzun illərdir işsiz idi və buna görə də hökumətin diqqətini çəkmək istəyirdi. Lakin Milli Təhlükəsizlik Xidməti son anda bu hücumun qarşısını alıb. Bu hadisədən sonra hökumət binasında təhlükəsizlik tədbirləri gücləndirildi. Buna görə də artıq jurnalistlərin də binaya girişinə qadağa qoyulub”.

"Joxovurd” hazırda binanın silahlı hərbçilər tərəfindən mühafizə olunduğunu bildirib:

"Giriş qapısı da daxil olmaqla bütün bina silahlı hərbçilərin mühafisəsi altındadır. Vətəndaşlar üçün də nazirlərlə görüşmək çətinləşib”.


Вернуться назад