Главная > Region > Yevlaxda avtomobil aşıb, xəsarət alan var

Yevlaxda avtomobil aşıb, xəsarət alan var


4-01-2019, 18:47.

              Yevlaxda avtomobil aşıb, xəsarət alan var

 

Yevlax rayonunda yol qəzası baş verib.

"Report"un Şirvan bürosunun məlumatına görə, hadisə Xaldan-Mingəçevir yolunun 6-cı kilometrliyində, rayonun Əkşəm kəndi yaxınlığında qeydə alınıb.

Belə ki, Mingəçevir şəhər sakini Xəyyam Müstafayevin idarə etdiyi "Mercedes-Benz" markalı avtomobil hərəkətdə olan zaman təkəri partlayıb. Nəticədə avtomobil idarəetmədən çıxaraq aşıb. Sürücü müxtəlif dərəcəli bədən xəsarətləri ilə Yevlax Rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib.

Faktla bağlı araşdırma aparılır.

 

 


Вернуться назад