Главная > Dünya > “Pabuk” qasırğası Tailand sahillərinə çatıb

“Pabuk” qasırğası Tailand sahillərinə çatıb


4-01-2019, 18:36.

            "Pabuk” qasırğası Tailand sahillərinə çatıb

 

Yanvarın 4-də axşamüstü Tailandın cənub sahillərinə çatan "Pabuk” qasırğasının gətirdiyi şiddətli yağış və güclü külək daşqınlara, binalara ziyan dəyməsinə, elektrik verilməsində fasilələrin yaranmasına səbəb olub.

AZƏRTAC Tailand KİV-lərinə istinadla xəbər verir ki, ölkənin meteorologiya xidməti ilin ilk qasırğası barədə xəbərdarlıq elan edib. Güman olunur ki, əsas turizm məntəqələrinin yerləşdiyi cənub hissədə hava şəraiti daha da pisləşəcək, dənizlərdə dalğaların hündürlüyü 4 metrə çatacaq. Yanvarın 3-dən gəmilərin hərəkətinə məhdudiyyət qoyulub. Bildirilir ki, güclü yağışlar və külək həftənin sonunadək davam edəcək.

 


Вернуться назад