Главная > Ölkə > Quzu əti bahalaşdı - Video

Quzu əti bahalaşdı - Video


2-01-2019, 21:38.

          Quzu əti bahalaşdı - Video

 

Qoyun ətindən fərqli olaraq, quzu ətinin qiyməti qalxıb.

Xəzər Xəbər-in məlumatına görə, hazırda bazarda 1 kiloqram quzu ətinin qiyməti 14 manatdır.

Satıcılar deyirlər ki, qiymətlər 1 aya yaxındır qalxıb. Onların sözlərinə görə, qiymət artımına əsas səbəb bu aylarda yaşanan quzu əti qıtlığıdır. Tələb çox olduğundan bölgələrdə quzu tapmaq sözün əsl mənasında müşkülə çevrilib.

Məsələ ilə bağlı Kənd Təsərrüfatı Nazirliyindən bildirilib ki, nazirlik ətin qiymətinin müəyyən edilməsində iştirak etmir. O ki qaldı bölgələrdə yaşanan quzu qıtlığına, nazirlikdən bildirildi ki, bu, düzgün yanaşma deyil. Qiymətin qalxmasına bayram günlərində quzu ətinə tələbin çox olması səbəb ola bilər.

 


Вернуться назад