Главная > İqtisadiyyat > "Mitsubishi" 40 minə yaxın avtomobili geri çağırıb - Mühərrikdə problem

"Mitsubishi" 40 minə yaxın avtomobili geri çağırıb - Mühərrikdə problem


3-04-2018, 17:47.

               "Mitsubishi" 40 minə yaxın avtomobili geri çağırıb - Mühərrikdə problem

 

"Mitsubishi" şirkəti Rusiyada 40 minə yaxın avtomobili geri çağırıb.

Trend-in məlumatına görə, bu qərar avtomobillərdə mühərrik blokunun relesində, eləcə də ventilyatorun relesində qeydə alınan qüsurlarla bağlıdır.

Şirkətin yaydığı məlumatda qeyd olunur ki, geri çağırılma 2015-ci ilin fevralından 2017-ci ilin fevralınadək satılmış "ASX” və "Outlander" modellərinə şamil olunur.
Bildirilir ki, bu avtomobillərdə təmir işləri avtomobil sahibləri üçün ödənişsiz həyata keçiriləcək.

 


Вернуться назад